Direktor vəzifəsinə işə qəbul üzrə imtahanlar başa çatır


Digərləri 23 Noy 2018 08:46:34 201 0

Direktor vəzifəsinə işə qəbul üzrə imtahanlar başa çatır

Bu gün dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başa çatır.

Bakı. Bu gün dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başa çatır. Bu mərhələdə 1600-dən artıq namizəd iştirak edir. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunub.