Bakıda qadın itkin düşən ərini axtarır


Digərləri 23 Noy 2018 08:26:00 186 0

Bakıda qadın itkin düşən ərini axtarır

Bakıda daha bir nəfər itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Səbail rayonunda baş verib.

Səbail rayonu, Bayıl qəsəbəsi, A.İsmayılov küçəsi ev 1, mənzil 16 D ünvanında yaşayan 1981-ci il təvəllüdlü Osmanova Aygün Aydın qızı polisə müraciət edərək bildirib ki, onunla birlikdə eyni ünvanda yaşayan həyat yoldaşı, 1978-ci il təvəllüdlü Mahmudov İntiqam Faiq oğlu noyabrın 21-də axşam saatlarında evdən çıxaraq itkin düşüb.