Oksana Markarova nazir oldu


Dünya 23 Noy 2018 08:12:00 217 0

Oksana Markarova nazir oldu

Ukrayna Ali Radası ölkənin yeni maliyyə nazirini təyin edib. Son.az Trend-ə istinadən bildirir ki, parlamentdə 242 deputat bu barədə qərar verib.

Ali Rada bundan əvvəl Aleksandr Danilyuku istefaya göndərib. Nazirin müavini Oksana Markarova nazirin vəzifəsini icra edən təyin edilib. Beynəlxalq Valyuta Fondu Danilyukun istefası ilə bağlı narahatlığını bildirib.