Sərhəddə 260 kq heroinlə "ilişən" İmamverdi azadlığa buraxıldı


Kriminal 23 Noy 2018 07:48:00 198 0

Sərhəddə 260 kq heroinlə "ilişən" İmamverdi azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsində qaçaqmalçılıqda və qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmaqda təqsirləndirilən İmamverdi Ağayevin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən şikayətə baxılıb. 

Son.az bildirir ki, bu barədə oxu.az-a vəkil Hafiz Ələsgərov məlumat verib. 

O deyib ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilib. 

İ. Ağayev məhkəmə iclas zalından azadlığa buraxılıb. Şikayətdə İ. Ağayevin azadlığa buraxılması istənilirdi. 

Qeyd edək ki, İ. Ağayev Yasamal rayon Məhkəməsinin qərarı ilə həbs edilmişdi.