Təyyarə məcburi eniş edib


Dünya 23 Noy 2018 07:28:00 216 0

Təyyarə məcburi eniş edib

Peruya məxsus Boeing 737 sərnişin təyyarəsi dünən Boliviyanın paytaxtı La-Pas şəhərində məcburi eniş edib. Son.az Trend-ə istinadən bildirir ki, təyyarə Peruvian Airlines şirkətinə məxsusdur. Göyərtədə 127 sərnişin var. Məlumata görə, heç bir sərnişin və ya ekipaj üzvü xəsarət almayıb.

Hadisənin səbəbi barədə hələ ki, məlumat verilmir.