Ukrayna parlamenti naziri istefaya göndərib


Dünya 23 Noy 2018 07:07:00 195 0

Ukrayna parlamenti naziri istefaya göndərib

Ukrayna Radası dünən keçirilən iclasda aqrar siyasəti və ərzaq naziri Taras Kutovoyu istefaya göndərib. Son.az Trend-ə istinadən bildirir ki, Ali Radanın 257 deputatı bu barədə qərar qəbul edib.

Kutovoy 2017-ci ilin may ayında istefaya getdiyi barədə bəyan edib. Nazir bunu biznes fəaliyyətinə qayıtmağı ilə əlaqələndirib.