"Oxuduqlarımıza layiq olmağa çalışırıq" FOTO


Kriminal 23 Noy 2018 07:00:00 240 0

"Oxuduqlarımıza layiq olmağa çalışırıq"  FOTO

Novruz Novruzlu: "Bizim ifa etdiyimiz mahnıların ətri, dadı, rəngi tamam başqadır" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Müğənni və aktyor Novruz Novruzlu cari il mart ayının 6-da "Kaspi" qəzetinin qonağı olub, qəzetimizə müsahibə vermişdi. Mərhumun son müsahibəsini təqdim edirik. Allah rəhmət eləsin!   Martın 18-də təsəvvüf musiqisi həvəskarlarını çox gözəl bir tədbir gözləyir. Belə ki, həmin gün saat 19:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında müğənni, aktyor Novruz Novruzlunun "Uzun incə bir yoldayam" adlı solo konserti keçiriləcək. N.Novruzlu Azərbaycanda mistik musiqi qrupunun professional səviyyədə ilk qurucusudur. Onun ifa etdiyi musiqilər insanın ruhuna ilk başlanğıc məkana mənsubluğunu təlqin edən nəğmələrdir. Bu musiqinin yol açdığı cığıra düşən tamaşaçı dünyanın faniliyini unudur, özünü Bəqadan gələnlərin ağuşunda bulur. "Allahdan gəldik, Allaha dönəcəyik" - N.Novruzlunun oxuduqlarında insana verilən ilahi mesaj budur. Konsert öncəsi ifaçı "Kaspi"nin qonağı oldu. Onunla konsert proqramı və təsəvvüf musiqisi haqda danışdıq. Məlumat üçün bildirək ki, müsahibimiz Opera və Balet Teatrının solistidir. Novruz Novruzlu "Savalan" qrupunun bədii rəhbəridir. O, universitetdə oxuduğu müddətdə "Ulduz" tamaşasında Zəfər, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun" tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət "Şərq ansamblı"nda solist kimi fəaliyyət göstərib. Məlumat üçün söyləyək ki, sözügedən ansambl dünya xalqlarının musiqilərini ifa edirdi. İnstitutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. İnstitutu bitirdikdən sonra Firudin Mehdiyevin səhnələşdirdiyi "O olmasın, bu olsun" tamaşasında Əsgər rolunu ifa edib.    - Novruz bəy, konsert hazırlıqlar necə gedir? Bizi konsertdə hansı sürprizlər gözləyir?

- Sizi konsertdə rəngarəng musiqi repertuarı gözləyir. Konserti "Hicaz" qrupu ilə birlikdə keçiririk. Mövlana, Cəlaləddin Rumi, Yunis Əmrə, Fizuli, Nəsimi, Aşıq Veysəldən oxuyuruq.  Ancaq bizim bu konsertdə bəstəkar mahnıları, italyan, rus və hind musiqisi də var. Üstəlik, ilahi və ruhsal mahnılar da səslənəcək. Hətta öhdəsindən gələ bilsəm, caz da ifa edəcəm. Aşıq mahnısı etnocaz. Düzdür, mənə bir az yaddır, ancaq görsəm ki ifama yatır, oxuyacam. Qeyd edim ki, konsert iki saat yarım nəzərdə tutulub.    - İki saat yarım səhnədə olmaq və mahnı oxumaq sizi yormazmı?

- Yormaz. Düşünürəm ki, oradakı münasibətlərdən insanlar da yorulmaz. Biz həmişə harada olmuşuqsa, çalışmışıq ki, səmimi görünək və insanların qəlblərinə xitab edək.    - Novruz müəllim, konsertin adını niyə məhz "Uzun, incə bir yoldayam" qoymağa qərar verdiniz?

- Əslində, bizə 3-4 ad təklif edildi. Gördüm ki, bu ad qəlbimə daha çox yatır. Elə repertuarımızda da ilk musiqi məhz "Uzun, incə bir yoldayam" mahnısıdır. Onun üçün qərara gəldik ki, konsertin adını da belə qoyaq.    - Əslində, insan həyata gələndən bir yol gedir...

- Elədir. İnsan doğulandan özünü axtarır. Belə baxanda konsertin özü də bir yoldur. Biz bu mahnını tam başqa bir üslubda hazırlamışıq.    - Təsəvvüf musiqilərinin dinləyiciləri indiki zamanda varmı? Varsa, nə qədərdir?

- Səmimi desək, indi Amerikada, Avropada daha çoxdur. Çünki onlar hər şeyi yaşayıblar, yorulublar, istəyirlər ki, özləri tək qalıb, daxili dünyalarına varsınlar. Amerikada yaşayan bir dostum məni tək Amerikada solo konsert vermək üçün dəvət etdi. Bildirdim ki, tək dəf ilə orda nə edə bilərəm? Dedi ki, zalda beş min nəfər olacaq. Elə sən bir dəfə dəfi vuran kimi onlar gözlərini yumub öz daxili aləmlərinə varacaqlar. Çünki onlar texnikadan, müasir avadanlıqlardan yorulublar.    - Musiqiçi müsahiblərimin əksəriyyəti el şənliklərində qonaqların əllərinin göydə olduğunu, bir ritmik havaya bənd olduqlarını deyirlər. Siz də bu fikirdəsiniz?

- Mövlana həzrətləri deyir ki, Allaha gedən çox yol var. Mən o musiqilərin içərisində səmavi musiqini seçdim. Musiqinin ahəngində elə bir sirr var ki, açsam, dünya alt-üst olar. Musiqi həm cismin, həm də ruhun qidasıdır. Bizə daha çox cismə işləyir. Biz Mövlana tədbirlərində həm çıxış, həm də tamaşaçı kimi iştirak etmişik. İtalyanlar, amerikanlar və digər xalqların nümayəndələrinin iki saat gözlərini yumub öz daxili aləmlərinə varmalarının şahidi olmuşuq.  Ancaq bizdə o daxili aləmə varmaq yoxdur. Çünki içimizdə o hüzn, rahatçılıq yoxdur. Hərdən fikir verirəm ki, ən səbirli adam belə, beş dəqiqədən sonra zalda danışmağa başlayır. Öz içinə vara bilmir. Bu məsələdə efirlərin də böyük rolu var.    - Siz bir müddət italyan musiqisinə də müraciət etdiniz.

- İncəsənət Universitetində "vokal" ixtisasını bitirmişəm. Mənə deyirdilər ki, sənin səsinin tembri təsadüfi tembrlərdən biridir. Çünki nə olsa oxuya bilirəm. Bunu içdən hiss edirəm. Səs tonum buna imkan verir. Həmin illərdə ifa etdiyim mahnıların əksəri italyan mahnıları idi. Bundan başqa, lirik musiqilər, xalq və bəstəkar mahnıları da ifa edirdim.    - Bir anlıq gözümüzün qarşısında həmin italyan və indi oxuduğunuz təsəvvüf mahnıları canlandı. Axı bunlar təzaddır.

- Əslində, heç də təzad deyil. Hər şey daxili zənginlikdən asılıdır. Mövlananın bir sözü var, deyir ki, dünyada neçə dil varsa, hamısını anlamı eynidir. Əslində bir dil var, o da könül dilidir. Musiqidə ifaçının daxili dünyasından çox şey asılıdır. Haradan baxır, necə baxır, səmimidirmi, intellekti varmı? Oradan baxanda hər şeyi sevirsən. Sevirsənsə istədiyini ala bilirsən, istədiyin repertuarı ifa edə bilirsən.   - Siz eyni zamanda "Savalan" qrupunun bədii rəhbərsiniz. 18 yaşlı gənc "Savalan" qrupu indiyədək nələrə nail olub?


Xəbərə aid fotolar