Futbol qaydalarına dəyişikliklər təklif olunub


Digərləri 23 Noy 2018 06:53:37 231 0

Futbol qaydalarına dəyişikliklər təklif olunub

Oyun qaydalarının tətbiqi və tənzimlənməsi ilə məşğul olan Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) təklif olunan dəyişiklikləri dərc edib

Bakı. Tural Turan - Oyun qaydalarının tətbiqi və tənzimlənməsi ilə məşğul olan Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) təklif olunan dəyişiklikləri dərc edib. Trend-in məlumatına görə, qurum 4 dəyişikliyi təklif edir: 1) Əvəzlənən oyunçular meydanı ən yaxın yan xətdən və ya üzbəüz xətdən tərk etməlidirlər; 2) Penalti zərbəsi yerinə yetirildiyi zaman qapıçı qapı xətti üzərində bir ayağını saxlaya bilər (Hazırkı qaydaya əsasən, hər iki ayaq xətt üzərində olmalıdır); 3) Komandalar rəsmi şəxslərinin həddini aşan davranışları üzündən sarı və ya qırmızı vərəqə ala bilərlər; 4) Sərbəst zərbə zamanı cərimə meydançası daxilində topla oynamaq olar.