28 yaşlı bu qız 4 dəfə xərçəngə tutulub Nadir genetik xəstəliyi var


Digərləri 23 Noy 2018 05:30:00 326 0

28 yaşlı bu qız 4 dəfə xərçəngə tutulub  Nadir genetik xəstəliyi var

Texas ştatının 28 yaşlı sakini Loren Erdmanna ilk dəfə qalın bağırsaq xərçəngi diaqnozunu 17 yaşında  qoyublar. Amma qızın sözlərinə görə, diaqnozdan 2 il öncədən o artıq səhhətində nəyinsə düz getmədiyindən şübhələnmişdi və nəcisində qan izləri görünürdü. Qız utandığından bu barədə valideynlərinə deməyib. Artıq qarında şiddətli ağrılar başlayanda valideynləri onu xəstəxanaya aparır. 

Son.az medicina.az-a istinadən bildirir ki, qızın yoğun bağırsağında çoxsaylı poliplər aşkarlanır. Loreni təcili əməliyyat edərək, bağırsaqların xeyli hissəsini rezeksiya etdilər. Əməliyyat uğurlu olduğundan kimyaterapiya lazım olmadı. 

Lakin 9 ay sonra onda yenidən bağırsaq xərçəngi aşkarlandı. 19 yaşlı Loren kimyaterapiyadan keçməli olur. 

23 yaşında isə xərçəng yumurtalıq və uşaqlığa sıçradı. Aqressiv karsinoma olduğundan qızın bu orqanları tamam çıxarılır.