KT və MRT müayinəsinin fərqləri Bu xəstəliklərin təyinində aciz qalırlar


Digərləri 23 Noy 2018 03:30:00 313 0

KT və MRT müayinəsinin fərqləri  Bu xəstəliklərin təyinində aciz qalırlar

Hələ qədim dövrlərdən təbiblər və  həkimlər xəstəliklərin təyin edilməsi üçün bir sıra metodlardan istifadə ediblər. Bu metodlardan simptomlara görə və əllə müayinəni misal çəkmək olar. Müsir tibbdə isə bu üsullarla yanaşı texnikanın köməyindən də istifadə edilir. Yaxın keçmişə qədər USM və rentgen aparatları da çox populyar idi. Texnikanın inkişaf etməsi ilə əlaqədar tibbdə də onun son naliyyətləri uğurla tətbiq edilir.  

Müasir tibbdə sadalanan qurğuların sırasına MRT və KT-nin adları da əlavə edilib. Onların köməyilə bir çox xəstəlikləri diaqnozunun qoyulması asanlaşıb və beləliklə müalicə daha effektli olub. Çox insan isə MRT ilə KT-ni səhv salaraq onların funksiya fərqlərini dərindən bilmir. 

Son.az bildirir ki, medicina.az bir çox radioloqların fikirlərini ümumiləşdirərək MRT (Maqnit Rezonans Tomoqrafiyası) və KT (Kompüter Tomoqrafiyası) kimi tanıdığımız qurğular haqda məlumatları təqdim edir: 

Əksəriyyət düşünür ki, bu müayinələr bir birinə bənzəyir. Lakin bu, heç də belə deyil. Əksinə bu müayinələrin arasında olan fərq çox böyükdür. KT zamanı rentgen şüalanma istifadə olunur.