Boliviyada təyyarə məcburi eniş edib


Digərləri 23 Noy 2018 02:47:03 236 0

Boliviyada təyyarə məcburi eniş edib

Peruya məxsus Boeing 737 sərnişin təyyarəsi dünən Boliviyanın paytaxtı La-Pas şəhərində məcburi eniş edib

Bakı. Tural Turan - Peruya məxsus Boeing 737 sərnişin təyyarəsi dünən Boliviyanın paytaxtı La-Pas şəhərində məcburi eniş edib. Trend-in məlumatına görə, təyyarə Peruvian Airlines şirkətinə məxsusdur. Göyərtədə 127 sərnişin var. Məlumata görə, heç bir sərnişin və ya ekipaj üzvü xəsarət almayıb. Hadisənin səbəbi barədə hələ ki, məlumat verilmir.