Qadınlarda bu simptom şəkərli diabetə işarə edir


Digərləri 23 Noy 2018 00:45:00 307 0

Qadınlarda bu simptom şəkərli diabetə işarə edir

Statistikaya görə, şəkərli diabet bütün dünyada ən yayılmış xroniki xəstəlik sayılır. İldən ilə diabetdən əziyyət çəkənlərin sayı artır.

2-ci tip şəkərli diabet xəstəliyi istənilən insanda inkişaf edə bilər. Şəkərli diabet ağır fəsadlar verdiyi üçün çox təhlükəli xəstəlik sayılır. Bu fəsadlar arasında: ürək və damar xəstəlikləri, infarkt və insult, korluq, böyrək xəstəlikləri, sinirlərin zədələnməsi və s.

Son.az saglamolun.az-a istinadən bildirir ki, şəkərli diabet uzun müddət ərzində gizli inkişaf edə bilər. Bu səbəbdən mütəxəssislər vaxtaşırı olaraq qanda şəkərin səviyyəsini yoxlamağı tövsiyə edir. Şəkərli diabetin erkən aşkar olunması çox vacibdir!

Şəkərli diabetin əsas simptomları bunlardır:

- sidik ifrazının tezləşməsi

- səbəbsiz susuzluq

- dəridə yaraların gec sağalması

- arıqlama