70 yaşlı kişi laqonda ilə ayağını kəsib


Digərləri 22 Noy 2018 23:39:00 260 0

70 yaşlı kişi laqonda ilə ayağını kəsib

Tərtər rayonunda 70 yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Son.az "report"-a istinadən bildirir ki, rayonun Səhləbad kəndində yaşayan 1948-ci il təvəllüdlü Şirvan Həsən oğlu Ağalarov sağ ayağın baldır nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dən bildirilib ki, müayinə zamanı Ş.Ağalarovun yaşadığı ünvanda laqonda ilə iş görən zaman ayağını kəsdiyi məlum olub. Yaralıya lazımi tibbi yardım göstərilib, hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam edir.