Almaniyada iş yerində musiqi dinləmək olarmı?


Digərləri 22 Noy 2018 23:30:00 240 0

Almaniyada iş yerində musiqi dinləmək olarmı?

Daimi və ya müvəqqəti yaşamaq üçün Avropa köçmüş həmvətənlərin yeni ölkənin cəmiyyətinə tam inteqrasiya etmələrinə vaxt lazımdır. Məsələn, Almaniyaya gəlməmişdən əvvəl bu ölkənin ofislərində musiqi dinləmək qaydalarını immiqrantların və repatriantların heç də hamısı bilmir. Belə ki, musiqi zövqü fərqlənən rəis iş yerində radionu qadağan edə bilməz.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Əmək Mübahisələri üzrə Almaniya Federal Məhkəməsinin bu yaxınlarda qəbul etdiyi qərarda belə deyilir. Bununla belə, narazılığını bildirən həmkarların və müştərilərin sayı çoxdursa, prinsip etibarilə musiqini kəsmək olar. Belə olan halda musiqi dinləyən əməkdaş qulaqlıq taxmalıdır.