Uca dağlar başında... HEYRƏTAMİZ ŞƏHƏRLƏR FOTO


Digərləri 22 Noy 2018 22:35:00 272 0

Uca dağlar başında...  HEYRƏTAMİZ ŞƏHƏRLƏR  FOTO

Siz nə vaxtsa yüksək dağ ətəyində səyahət edərkən dərindən nəfəs aldıqda hiss etmisiniz ki, havanız çatmır? Qəribədir, insanın uyğunlaşmadığı şərait sanki yoxdur - bu hətta dəniz səviyyəsindən 3 km yüksək də ola bilər...

Dünyanın yüksək zirvələrində yerləşən belə şəhərlərdə oksigen nadir nemət olsa da, burada yaşayan insanlar nəinki bu şəraitdə yaşaya bilir, hətta dəniz səviyyəsindən çox-çox yüksəklikdə rifahlarını yüksəldir, zövqlə yaşamaqda davam edirlər. Himalaydan tutmuş And dağlarına qədər insanlar heyrət doğuran yüksəkliklərdə öz həyatlarını yaşayır.

Son.az dünyanın ən yüksək dağlıq şəhərləri haqda maraqlı faktları təqdim edir.

La Rinokonada, Peru - 5100 metr

Bir çoxları dəniz səviyyəsindən cəmi 5000 metr yüksəklikdə yerləşən Denver, Kolorado kimi yerləri gəzərkən düşünür ki, 5100 metrə qədər yüksəklikdə olan yerdə yaşamaq qeyri-mümkündür. Lakin fakt faktlığında qalır ki, Perunun şəhərlərindən biri insanın yaşaya biləcəyi maksimal hündürlükdə - dəniz səviyyəsindən 6 min metrə yaxın olan yüksəklikdə yerləşir.

Əhalisi 30 min nəfər olan La Rinokonada şəhəri And dağlarında yerləşir. Burada insanlar oksigenin məhdud olduğu şəraitdə yaşayaraq qızıl çıxarılan şaxtalarda işləyirlər.

El-Alto, Boliviya - 4150 metr

Dünyanın ən yüksək dağ paytaxtı La-Pas hesab edilsə də, Boliviyanın bu kiçik şəhəri ondan da yüksəkdə yerləşir. Şəhərin adı "zirvə" kimi tərcümə olunur. Şəhərcik La-Pas ilə Titikaka gölü arasında dəmiryolu çəkiləndə yaradılıb. Hazırda burada 650 min nəfər yaşayır. Şəhər Boliviyanın ən yüksək dağ şəhəri kimi məşhurdur, bir çoxları onu La-Pas aeroportu kimi tanıyır.

Lasa, Tibet - 3650 metr

Tibetin paytaxtı - Lhasa. Əhalisi təxminən 250 min nəfərdir. Himalay dağlarının yüksəkliklərində, Tibet platosunun mərkəzində yeləşir. Ənənəvi olaraq bu, Dalay-Lamanın evi hesab edilir. Şəhər bura gəlməyə özündə cəsarət tapan ziyarətçiləri məmnunluqla qəbul edir və onlar gözəl yay mənzərələri fonunda tikilmiş budda məbədlərinin gözəlliklərini seyr edirlər. Dalay Lamanın 1959-cu ilə qədər yaşadığı və freskalarının gözəlliyi ilə məşhur olan Palas Potala da burada yerləşir.

Ledvill, Kolorado - 3094 metr

Arkanzas çayının mənbəyində Qayalı dağlarda yerləşən şaxta şəhərciyi olan Ledvill ABŞ-da ən yüksək korporativ şəhərdir. O, dünyanın ən yüksək dağlıq şəhərləri siyahısına daxildir. Bir vaxtlar gümüş yataqları hesabına çiçəklənən bu şəhər Kolorado ştatında Denverdən sonra böyüklüyünə görə ikincidir. Artıq gümüş yataqlarının sərvəti tükənsə də, Ledvilldə hazırda 3 minə qədər insan yaşayır.

Namçe-Bazar, Nepal - 3500 metr