Tramp daha bir 97 illik ənənəyə SON QOYDU Bu dəfəki hədəfi isə...


Digərləri 22 Noy 2018 22:02:00 276 0

Tramp daha bir 97 illik ənənəyə SON QOYDU  Bu dəfəki hədəfi isə...

ABŞ prezidenti Donald Tramp Ağ Evin 97 ildir davam edən daha bir ənənəsinə son qoyub.

Son.az xəbər verir ki, prezident bu il təşkil ediləcək Ağ Ev Jurnalistlər Ziyafətinə bundan sonra şoumen çağırmayacağını deyib.

Prezidentin bu qərarına səbəb şoumen Maykl Vulfun ötən il ənənəvi yeməyə qatılmayan Donald Trampı zarafatla tənqid etməsindən inciməsi olub.

Tramp bu barədə tvitter hesabında yazıb:

"Özünü şoumen hesab edən Maykl Vulf ötən il o qədər pis zarafatlar etdi ki, ilk dəfə bu il bir şoumen yerinə yazıçı dəvət edəcəm. Ölməkdə olan bir ziyafəti və ənənəni xilas etmək üçün yaxşı bir addımdır. Bəlkə bu dəfə ziyafətə də qatılaram".