Yaponiya kosmik bölmə yaradacaq


Digərləri 22 Noy 2018 21:59:00 263 0

Yaponiya kosmik bölmə yaradacaq

Yaponiya Müdafiə Nazirliyi özünün müdafiə üzrə yeni rəhbər sənədlərinə kosmik bölmənin yaradılması məsələsini də daxil edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, milli müdafiə üzrə proqramın əsas prinsiplərinə son beş ildə ilk dəfə olaraq gələn ay baxılacaq. Yaponiya hökuməti kosmos və kibertəhlükəsizlik məsələlərini özünün müdafiə strategiyasının prioritet istiqamətləri adlandırıb.

Yeni bölmənin missiyası həm yerdə, həm də təyyarələrdə quraşdırılan radarlar vasitəsilə əldə edilən, eyni zamanda, ABŞ tərəfindən verilən informasiyaları təhlil etməkdən ibarət olacaq.