Almaniya parlamentinin məxsusi polisi var


Digərləri 22 Noy 2018 21:35:00 241 0

Almaniya parlamentinin məxsusi polisi var

Almaniya öz parlamentinin binasında müstəqil struktur kimi fəaliyyət göstərən qanun keşikçilərinin olduğu nadir ölkələrdəndir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, federal Daxili İşlər Nazirliyinin rəhbərinin və paytaxtın əyalət polisi rəisinin tabeliyində olmayan bu struktur parlament administrasiyasının öz tərkibinə daxildir. Qanuna görə, Bundestaq polisinə spikerin seçdiyi deputatlardan biri rəhbərlik edir. Hazırda bu struktura Xristian-Demokrat İttifaqının parlament fraksiyasından Bundestaqın üzvü olan Volfqanq Şoyble başçılıq edir.