Tacikistanda 1,5 kiloqram ağırlığında meteorit parçası tapılıb


Digərləri 22 Noy 2018 21:23:00 263 0

Tacikistanda 1,5 kiloqram ağırlığında meteorit parçası tapılıb

Tacikistanın Xocaobiqarm çayının mənbəyində - Arça-Mazar pirinə gedən yolda 1,5 kiloqram ağırlığında meteorit parçası tapılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya-Tacikistan Slavyan Universitetinin müəllimi jurnalistlərə açıqlamasında meteoritin bu hissəsini turizm marşrutu üzrə səyahətdə olan bir qrup tələbənin təsadüfən tapdığını deyib. Qara rəngdə olan daş bəzən göy rəngə çalır, üzərində barmaq izlərinə bənzəyən paslanmış dəliklər var.