Quancou sərgisində elektrik mühərrikli avtomobillərə maraq daha böyükdür VİDEO FOTO


Digərləri 22 Noy 2018 21:29:00 276 0

Quancou sərgisində elektrik mühərrikli avtomobillərə maraq daha böyükdür  VİDEO  FOTO

Çinin Quancou şəhərində davam edən 16-cı beynəlxalq avtomobil sərgisi davam edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dünyada ən böyük avtomobil sərgilərindən hesab olunan bu tədbirdə yerli və xarici istehsalçıların 1085 avtomobili nümayiş olunur. Bir çox şirkət yeni modellərini ilk dəfə məhz Quancou sərgisində təqdim edir. Məsələn, "Audi" sərgidə tamamilə yenilənmiş A6 modeli və elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələri də daxil olmaqla 20 yeni avtomobilini nümayiş etdirir.

BMW-nin dizayn, görünüş, idarəetmə baxımından yenilənmiş və "ağıllı" texnologiyalarla təchiz olunmuş X5 modeli sərgidə diqqət çəkən avtomobillərdəndir. Altı silindrli mühərrik və 8 pilləli steptronik sürət qutusuna malik 4-cü nəsil BMW X5 modeli saatda 100 kilometr sürətə 5,5 saniyəyə çatır.

"Mercedes-Benz"in tam yenilənmiş 4 qapılı "AMG GT" kupe, yeni "A" və "C" klass modelləri, habelə "Mercedes-Maybach S 680" modeli də daxil olmaqla 37 avtomobilini sərgidə nümayiş etdirir. Mühərriki 639 at gücündə olan kupe "AMG GT" saatda 100 kilometr sürətə 3,2 saniyəyə çatır. İki rəngli "Mercedes-Maybach S 680" modeli məxsusi olaraq Çin alıcıları üçün dizayn edilib.


Xəbərə aid fotolar