Ürəyi cavan saxlayan


Digərləri 22 Noy 2018 20:08:00 270 0

Ürəyi cavan saxlayan

Ümid və bərəkət rəmzi sayılan yemişan hələ qədim yunanlarda və romalılarda ürək və ciyər xəstəliklərinin müalicəsi üçün istifadə olunurdu. Çinlilər isə yemişan meyvələrinin köməyi ilə enerji balansını bərpa edirdilər. Bu gün yemişan faydalı xüsusiyyətləri sayəsində ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunur.

Son.az Publika-ya istinadən oxucuları yemişan çayının faydaları ilə tanış edib.

Yemişan payızda yetişən al-qırmızı giləmeyvədir. Bu bitkinin çayı maddələr mübadiləsini bərpa edir və orqanizmin müqavimətini artırır. İçki yuxusuzluğa qarşı və ya sakitləşdirici vasitə kimi istifadə oluna bilər. Ümumiyyətlə, yemişan əsasında müxtəlif içkilər hazırlanır. Şübhəsiz ki, xalq arasında ən sınanmış üsul yemişan çayıdır. Yemişan dərman bitkisi kimi bir çox vitaminli kompleksləri və həblərin tərkibinə daxildir.

Hazırlanması:

Çaydana 2 xörək qaşığı yemişan əlavə edib üzərinə 500 ml qaynar su əlavə edin. Aşağı odda 7 dəqiqə saxlayıb kənara çəkin və soyuması üçün 5 dəqiqə gözləyin. Çay hazırdır! Onu gündə üç dəfə içmək olar.

Faydaları:

Damarları genişləndirir;

Beyin qan dövranını yaxşılaşdırır;

Ürək ritmini normallaşdırır;

Damarları möhkəmləndirir;