Balqabaq ağ ciyər xərçəngi riskini azaldır


Digərləri 22 Noy 2018 19:40:00 256 0

Balqabaq ağ ciyər xərçəngi riskini azaldır

Türkiyəli həkimlər və mütəxəssislər balqabağın yeni faydasından bəhs ediblər.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, balqabağın bəzi ağ ciyər xərçəngi riskini azaltdığı üzə çıxıb.

Araşdırmalar zamanı məlum olub ki, tərkibi beta karotenlə zəngin bir pəhriz bəzi xərçəng növlərinə yoluxma riskini azaldır, ürək-damar xəstəliklərinə qarşı orqanizmi qoruyur.

Balqabağın 90 faizi sudan ibarətdir, tərkibində lif çox, kalorisi azdır. 1 stəkan qaynadılmış, süzülmüş, bişirilmiş, duzsuz balqabaq 49 kaloridir. Tərkibində 2 qram protein, 12 qram karbonhidrat, 3 qram lif var. C vitamini mənbəyidir. Xəstəliklərə qarşı mübarizə aparan potasium, pantotenik turşu, maqnezium, C və E vitaminləri, dəmir, sink, selenium, kalsium, niasin və folat da balqabağın tərkibində var.