Çavuşoğlu: "Aİ Türkiyəni sıralarına daxil etməlidir, onların xeyrinədir..."


Dünya 22 Noy 2018 19:08:00 217 0

Çavuşoğlu: "Aİ Türkiyəni sıralarına daxil etməlidir, onların xeyrinədir..."

"Avropa İttifaqı (Aİ) Türkiyəni öz sıralarına daxil etməlidir, çünki təşkilatın sərhədlərinin genişlənməsi yalnız Türkiyə deyil, həm də Aİ-nin özünün marağındadır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyəli nazir daha sonra əlavə edib: "Bu gün Türkiyə terrorizmlə mübarizə aparır ki, bu da Aİ-nin marağındadır".