Zaxarova: "Nəsimi və Nizaminin şərəfinə tədbirlər Rusiya və Azərbaycan münasibətlərinin inkişafında müsbət məqamdır"


Dünya 22 Noy 2018 18:39:00 267 0

Zaxarova: "Nəsimi və Nizaminin şərəfinə tədbirlər Rusiya və Azərbaycan münasibətlərinin inkişafında müsbət məqamdır"

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) və Moskva Dövlət Universitetində (MDU) böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin şərəfinə silsilə tədbirləri, eləcə də Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində Azərbaycan şairi Nizaminin poemaları əsasında "Yeddi gözəl" sərgisinin açılışını Rusiya-Azərbaycan humanitar əməkdaşlığında müsbət hadisə adlandırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu rusiyalı diplomat "Vestnik Kafkaza"nın sorğusunu cavablandırarkən bildirib.

M.Zaxarova deyib: "Biz bu tədbirləri ikitərəfli mədəni münasibətlərin inişafında pozitiv qiymtləndiririk".