Qaynını məhkəmənin qarşısında çəkiclə vurub öldürdü


Digərləri 22 Noy 2018 18:29:00 237 0

Qaynını məhkəmənin qarşısında çəkiclə vurub öldürdü

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmə baxışı noybarın 29-a təyin edilib.

Xatırladaq ki, E.Məmmədov qaynı Mərkəz Quliyevi qətlə yetirib.

İttihama görə, M.Quliyev işləmək üçün Rusiyaya gedib və Bakıda yeznəsi E.Məmmədovun adına özü üçün mənzil alıb. M.Quliyev hadisədən bir müddət əvvəl Rusiyadan Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib. Buna görə onların arasında mübahisə düşüb, iş məhkəməyə verilib.