Federasiya prezidenti postundan gedir


İdman 22 Noy 2018 18:09:00 195 0

Federasiya prezidenti postundan gedir

Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko istefaya hazırlaşır.

Goal.az xəbər verir ki, Mutko istefa ilə bağlı rəsmi qərarını dekabrın 6-da elan edəcək. Onun postuna əsas namizəd Zenit-in direktorlar şurasının sədri Aleksey Sorokin hesab olunur.

Xatırladaq ki, Vitali Mutko 2017-ci ilin dekabrından prezident kimi fəaliyyət göstərmir. Onun səlahiyyətlərini Aleksey Aleyev icra edir.