Azərbaycandan Türkiyəyə avtomobillə gedilən vaxt iki dəfə azalacaq


Digərləri 22 Noy 2018 17:50:00 223 1

Azərbaycandan Türkiyəyə avtomobillə gedilən vaxt iki dəfə azalacaq

"Sınıq körpü" sərhəd-keçid məntəqəsindən Gürcüstan-Türkiyə sərhədindəki "Sarpi" məntəqəsinə qədər olan yolu 4 saata qət etmək mümkün olacaq".

Son.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin birinci müavini, Yollar Departamentinin sədri İrakli Karseladze Marneulidə yerli sakinlərlə görüşdə deyib.

O bildirib ki, hazırda bu yolu qət etmək üçün 8 saat vaxt tələb olunur: "Həyata keçiriləcək infrastruktur layihə çərçivəsində 4 zolaqlı müasir standartlara cavab verən yol inşa olunacaq".

İ.Karseladze bu yaxınlarda Bakıda olduğunu və Azərbaycanda avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etdiyini bildirib: "Azərbaycanlı həmkarlarımız "Sınıq körpü" sərhəd məntəqəsindən Türkiyə sərhədinə qədər olan yeni yolun inşası layihəsini yüksək qiymətləndiriblər. Bu layihə yalnız Gürcüstan üçün deyil, region üçün də çox önəmlidir".