Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: bu tələb yığışdırıldı


Digərləri 22 Noy 2018 17:34:00 222 1

Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: bu tələb yığışdırıldı

Bu il ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul zamanı namizəddən esse yazmaq tələb olunmayacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

M.Camalzadənin sözlərinə görə, namizədlər 90 dəqiqə davam edən imtahanda yalnız 60 test sualına cavab verəcəklər.