Hüseyn Abdullayevin yaxın adamının həbs müddəti uzadıldı


Digərləri 22 Noy 2018 17:38:00 241 1

Hüseyn Abdullayevin yaxın adamının həbs müddəti uzadıldı

Keçmiş deputat Hüseyn Abdullayevin yaxın adamı Namiq Babayevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Son.az Report-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi vəsatət təmin edib.

N.Babayevin həbs müddəti daha 3 ay artılıb.

Daha sonra N.Babayev yenidən məhkəməyə müraciət edib. O, barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.