Dəmir yolunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib (FOTO)


Digərləri 22 Noy 2018 17:29:00 195 1

Dəmir yolunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib (FOTO)

“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə dəstələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.

Bakı. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə dəstələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, tədbir qurumun sədri tərəfindən təsdiq edilmiş “2018-ci il üçün Cəmiyyətin Mülki müdafiə üzrə tədbirlər Planı”na, həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydası”na və qanunvericiliyin tələblərinə uyğun olaraq baş tutub.