Təhsil Nazirliyi: Bu ildən direktor olmaq istəyənlərdən esse yazmaq tələb olunmayacaq


Digərləri 22 Noy 2018 16:58:55 208 0

Təhsil Nazirliyi: Bu ildən direktor olmaq istəyənlərdən esse yazmaq tələb olunmayacaq

Ötən il ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul zamanı namizəddən esse yazmaq tələb olunurdu, bu il isə esse yazmaq tələb olunmayacaq.

Bakı. İlhamə İsabalayeva - Bu il ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul zamanı namizəddən esse yazmaq tələb olunmayacaq. Trend-in məlumatına görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib. M.Camalzadənin sözlərinə görə, namizədlər 90 dəqiqə davam edən imtahanda yalnız 60 test sualına cavab verəcəklər.