Hemofiliyalı xəstələrə verilən dərmanlarla bağlı problem varmı?


Digərləri 22 Noy 2018 16:32:00 249 0

Hemofiliyalı xəstələrə verilən dərmanlarla bağlı problem varmı?

"Bu ayın sonuna kimi Azərbaycana 50 min vahid laxtalanma faktoru gətiriləcək".

Son.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Səhiyyə Nazirliyi Aparatının tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 1600-dən çox hemofiliyalı xəstə var:

"Onların arasında uşaqlar, böyüklər, qanaxma olmasa da, hər ay iynə inyeksiyası alan da, yalnız il ərzində müəyyən hallarda dərman alması tələb olunan xəstələr də var. Dərman preparatları xəstənin çəkisinə və yaşına uyğun olaraq verilir.

Xəstənin çəkisi və yaşı artdıqca dərmanların tələb olunan dozası da artır. Azərbaycanda daha çox "hemofiliya A" və  "hemofiliya B" xəstəliyi var. İkisi tamamilə fərqlidir. Birində qanda faktor səkkiz, digərində faktor doqquz çatışmazlığı olur".

Nabil Seyidov bildirib ki, faktor səkkiz çatışmazlığı olan xəstələrin sayı çoxdur:

"Bu, xəstələrin 80 faizini təşkil edir. İlin sonuna kimi hemofiliyalı xəstələr üçün lazım olan dərmanla bağlı problem həll olunub. Hətta yanvarın əvvəllərinə kimi dərmanla bağlı bir problem olmayacaq. 2019-cu ildə laxtalanma faktorlarının iki dəfə artıq gətirilməsi planlaşdırılır".

Nazirlik rəsmisi qeyd edib ki, faktor doqquzla bağlı daha ciddi problem var idi: