Misir Mərdanov nöqsanlardan danışdı


Digərləri 22 Noy 2018 16:36:00 233 0

Misir Mərdanov nöqsanlardan danışdı

Noyabrın 21-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Elmi Nəşriyyat Şurasının iclası keçirilib.

Son.az xəbər verir ki, iclasda şuranın sədri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov nəşriyyat şurasının fəaliyyəti, qarşıda duran vəzifələri haqqında ətraflı məlumat verib. Bildirilib ki, son illərdə AMEA rəhbərliyinin diqqət və qayğısı nəticəsində bu sahədə irəliyə doğru müəyyən addımlar atılmışdır. Bu addımlardan biri də, AMEA-nın institutlarında işıq üzü görən jurnalların bugünkü vəziyyətinin araşdırılması, dünyada elmi jurnallara qoyulan tələbləri müəyyənləşdirib, ilkin müqayisəli təhlillərin aparılması və nəşrlərin müasir tələbləri ödəyən formaya düşməsi üçün səmərəli təkliflər hazırlanmasıdır.


Xəbərə aid foto