Azərbaycanda “qara cümə”:


Digərləri 22 Noy 2018 16:24:00 314 0

Azərbaycanda “qara cümə”:

Artıq neçə ildir ki, mağazalarımız "qara cümə"də satış həyata keçirməyə çalışır. Noyabrın 23-də paytaxt mağazalarına getməyə dəyərmi və bu gündə endirim nə dərəcə realdır?

Son.az xəbər verir ki, Bakıdakı multibrend mağazalardan birinin meneceri Anar Kərimov media.az-a verdiyi açıqlamada şəbəkəyə daxil olan səkkiz mağazadan ikisinin "qara cümə"də endirim elan etdiyini deyib. 

"Etiraf etməliyəm ki, endirimlər simvolik xarakter daşıyacaq - yəni cəmi 10 faiz... Böyük endirimlərə imkan verə bilmərik, çünki əksər mallar yenidir, köhnə mallarımız isə yoxdur. Mallarda endirim bir yox, dörd gün - bu gündən başlayaraq, bazar günü də daxil olmaqla davam edəcək", - A.Kərimov qeyd edib. 

Öz növbəsində, Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayev bildirib ki, Azərbaycanda "qara cümə" xüsusilə gözlənilmir, ondan ancaq gənclər xəbərdardır. 

Bundan başqa, onun sözlərinə görə, alıcılar 50-70 faizlik endirimlərin həqiqəti əks etdirmədiyinə öyrəşiblər. Paytaxtın bəzi mağazaları həmin gün üçün endirimlər edir, ancaq bu, kütləvi xarakter daşımır.