Azərbaycandan sonra Avstraliya da terrorçuları vətəndaşlıqdan çıxarmaq istəyir


Dünya 22 Noy 2018 15:23:00 251 0

Azərbaycandan sonra Avstraliya da terrorçuları vətəndaşlıqdan çıxarmaq istəyir

Avstraliyanın Baş naziri Skot Morrison parlamentə terrorçuluqda ittiham olunan şəxslərin vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan qanun layihəsi təklif edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, mövcud qanuna əsasən hökumət ən azı 6 il həbs cəzası almış şəxsləri vətəndaşlıqdan məhrum edə bilər.

S.Morrison bildirib: "Biz bu tələbi ləğv edəcəyik, şəxs yalnız terrorçuluqda ittiham olunduğu halda tətbiq edəcəyik. Qanunun bu formulu qeyri-realdır, günün tələblərinə cavab vermir və hazırkı təhdidi əks etdirməlidir".