Azərbaycandan sonra Avstraliya da terrorçuları vətəndaşlıqdan çıxarmaq istəyir


Digərləri 22 Noy 2018 15:15:00 243 0

Azərbaycandan sonra Avstraliya da terrorçuları vətəndaşlıqdan çıxarmaq istəyir

Avstraliya da terrorçuları vətəndaşlıqdan çıxarmaq istəyir.

Bakı. Avstraliyanın Baş naziri Skot Morrison parlamentə terrorçuluqda ittiham olunan şəxslərin vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan qanun layihəsi təklif edib. Trend-in məlumatına görə, mövcud qanuna əsasən hökumət ən azı 6 il həbs cəzası almış şəxsləri vətəndaşlıqdan məhrum edə bilər. S.Morrison bildirib: "Biz bu tələbi ləğv edəcəyik, şəxs yalnız terrorçuluqda ittiham olunduğu halda tətbiq edəcəyik. Qanunun bu formulu qeyri-realdır, günün tələblərinə cavab vermir və hazırkı təhdidi əks etdirməlidir".