“Azərkosmos“ ASC-də YAP-ın 26-cı ildönümünə həsr olunmuş qanvermə aksiyası keçirilib (FOTO)


Digərləri 22 Noy 2018 14:35:23 353 0

“Azərkosmos“ ASC-də YAP-ın 26-cı ildönümünə həsr olunmuş qanvermə aksiyası keçirilib (FOTO)

Bu gün “Azərkosmos” ASC-də B.Eyvazov adına Elmi Tədqiqat və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının dəstəyi ilə “Qan ver, həyat bəxş et!” şüarı altında qanvermə aksiyası keçirilib.

Bakı. Bu gün “Azərkosmos” ASC-də B.Eyvazov adına Elmi Tədqiqat və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının dəstəyi ilə “Qan ver, həyat bəxş et!” şüarı altında qanvermə aksiyası keçirilib. ASC-dən Trend-ə verilən məlumata görə, şirkətin Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində keçirilən aksiya Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümünə həsr olunub. Aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilib. Könüllülük prinsipi əsasında keçirilən aksiyada “Azərkosmos”un əməkdaşları ilə bərabər, “Azərpoçt” MMC-nin əməkdaşları da iştirak edib.