"Qazprom" "Türk axını" çərçivəsində Bolqarıstan, Macarıstan, Serbiya və Slovakiyaya qaz tədarük edə bilər


Dünya 22 Noy 2018 13:52:00 381 0

"Qazprom" "Türk axını" çərçivəsində Bolqarıstan, Macarıstan, Serbiya və Slovakiyaya qaz tədarük edə bilər

Rusiyanın "Qazprom" şirkəti "Türk axını" layihəsi çərçivəsində Bolqarıstan, Macarıstan, Serbiya və Slovakiyaya qaz tədarük edə bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Kommersant" qəzeti şirkətin bu ölkələrdə yeni boru kəmərləri gücünün bronlaşdırılması prosedurunda iştirak etdiyini yazır.

Oktyabr və noyabrda Bolqarıstan, Serbiya, Macarıstan və Slovakiyanın qaz nəqli operatorlarının onların gələcək gücünün ("open season") bronlaşdırılması çərçivəsində dərc olunmuş materialları göstərir ki, "Türk axını"nın ikinci xətti ilə Avropaya tədarük marşrutu bu ölkələrdən keçəcək.