Qrosmeyster Azərbaycanın pul təklifini rədd etdi, ABŞ-ı seçdi


İdman 22 Noy 2018 13:16:00 264 0

Qrosmeyster Azərbaycanın pul təklifini rədd etdi, ABŞ-ı seçdi

Londonda şahmat üzrə dünya şempionatının finalında Fabiano Karuana ilə norveçli Maqnus Karlsen arasında birincilik uğrunda qızğın mübarizə gedir. Əgər Karuana qalib çıxsa, son yarım əsrdə o, təmsil etdiyi Birləşmiş Ştatlara ilk dəfə olaraq 'dünya çempionu' titulunu bəxş edəcək.

Karuananın ABŞ-ı təmsil etməsinin maraqlı tarixçəsini açıqlayan 

The Wall Street Journal

 Karuananın İtaliyadan ABŞ-a köçməsinin maraqlı detalına diqqət yetirir. Məlum olur ki, vaxtikən İtaliyanı təmsil edən Karuanaya pul təklifi edən ölkələr sırasında Azərbaycan da olub.

Əslində Azərbaycan tərəfi Karuanaya ABŞ-dan daha çox pul təklif edib. Lakin Karuana Amerikanı seçib.

Azərbaycan bir qədər də çox pulla danışıqlar masasına gəldi, ancaq yalnız bir-iki illik müddətə.

Amerikada doğulmuş Karuana illər boyu İtaliyanı təmsil edirdi və İtaliya rəsmiləri onun ölkəni təmsil etməkdə davam etməsini təmin etmək üçün çox səy göstərdilər.

İtaliyalılar Karuanaya ildə $90,000, amerikalılar isə $200,000 təklif etdilər.

“Azərbaycan bir qədər də çox pulla danışıqlar masasına gəldi, ancaq yalnız bir-iki illik müddətə,” 

Wall Street Journal

 yazır. Azərbaycan Şahmat Federasiyası məsələyə şərh verməkdən imtina edib.

“Biz bilirdik nə istəyirdik,” deyə investor və şahmat fanatı Reks Sinkfeld bildirir. “Bizə amerikalı çempion lazım idi.”