Sabahın HAVAsı


Digərləri 22 Noy 2018 13:09:42 319 0

Sabahın HAVAsı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 23-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.