Bakıda keçiriləcək 5ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT vasitəsilə canlı yayımlana bilər


Digərləri 22 Noy 2018 12:35:00 277 0

Bakıda keçiriləcək 5ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT vasitəsilə canlı yayımlana bilər

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Nyu Yorka səfəri çərçivəsində BMT baş katibinin qlobal kommunikasiyalar üzrə müavini Alison Smeyl ilə görüşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, görüşdə Ə.Qarayev BMT-nin Qlobal kommunikasiyalar üzrə departamentinin 2017-ci ildə Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT-nin televiziya və internet kanalı vasitəsilə yayımını təşkil etdiyinə görə minnətdarlığını bildirib və bunun forumun və müzakirə edilən məsələlərin bütün dünyanın diqqətinə çatdırılması üçün qlobal məlumat platforması yaratdığını qeyd edib.

Xanım A.Smeyl, öz növbəsində, Azərbaycanla əməkdaşlıq etməkdən məmnun olduqlarını və gələcəkdə bu əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bildirib.