Sürücülərin DİQQƏTİNƏ: avtomobilinizi yanmaqdan bu cür qoruyun VİDEO FOTO


Digərləri 22 Noy 2018 12:39:00 225 0

Sürücülərin DİQQƏTİNƏ: avtomobilinizi yanmaqdan bu cür qoruyun  VİDEO  FOTO

Avtomobil qəflətən alışır, yanır, külə dönür. Son.az ARB TV-yə istinadən xəbər verir ki, son zamanlar bu kimi hadisələr tez-tez baş verir. Ekspertlər bildirir ki, daha çox hərəkət zamanı baş verən bu hallar, əsasən, xarici ölkələrin istehsalı olan nəqliyyat vasitələrində qeydə alınır. Bəs, avtomobillərin alışmasına səbəb nədir? Zovod qüsuru, sürücü məsuliyyətsizliyi, yoxsa usta naşılığı? Sürücü: "Əlavə avadanlıqlar quraşdırılır. Nəticədə də yanğınlar baş verir. Onlar olmazsa, yanğınlar da baş verməz". Sürücü: "Əlavə işıqlar qoyulur. Maqnitafonu düzgün quraşdırmırlar. Arxaya səsgücləndiricilər düzgün quraşdırılmır. Ona görə də belə olur". Sürücü: "Sürücü də, usta da məsuliyyətsiz ola bilər". Bu sahə üzrə mütəxəssislər isə deyir ki, avtomobillərdə baş verən yanğın hadisələrinə birinci növbədə qeyri-peşəkar ustaların səhlənkarlığı səbəb olur. Vüqar Şuliyev - usta: "Sürücü gəlir ustaya deyir ki, "mənimçün "ksenon" deyilən aparat var onu quraşdır". Bildiyimiz kimi o da Çin istehsalıdır. Onlar məsləhətli deyil, çünki yanmağa meyillidir. Özünün zavod istehsalı nəyi varsa onlarla kifayətlənmək yaxşı olar. Sürücü görürsə, usta yamaq edir, düzgün quraşdırmır, o zaman icazə verməməlidir. Burada hər iki tərəfdə günah var. Bəs, yanğın zamanı sürücü hadisənin qarşısını necə almalıdır? Ərşad Hüseynov - ekspert: "Avtomobillərdə odsöndürən olmalıdır. Hər zaman istifadəyə yararlı vəziyyətdə olmalıdır və sürücü onun bunlardan istifadə qaydasını bilməlidir. Demək, avtomobilin alışması usta naşılığı olsa da külə dönməsi sürücü məsuliyyyətsizliyidir. Diqqətli olmaq lazımdır ki, yolda yanmayaq.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar