"Cəmi 14 faizin dissertasiyalarını vaxtında müdafiə edə bilməsi təəssüf doğurur"


Digərləri 22 Noy 2018 12:14:00 284 0

"Cəmi 14 faizin dissertasiyalarını vaxtında müdafiə edə bilməsi təəssüf doğurur"

Təəssüf doğuran hal budur ki, fəlsəfə doktoru proqramlarını bitirənlərin 14 faizi, yəni 74 nəfər, elmlər doktoru proqramlarını bitirənlərin isə 23 faizi, yəni 16 nəfər dissertasiyalarını vaxtında müdafiə edə bilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Doktorantların və Gənc Tədqiqatçıların XXII Respublika Konfransında çıxışı zamanı deyib.

C.Bayramov bildirib ki, 2017-ci ildə fəlsəfə doktoru proqramlarına 455 nəfər, elmlər doktoru proqramlarına 129 nəfər qəbul olunub. Eyni ildə fəlsəfə doktoru və elmlər doktoru proqramlarını bitirənlərin sayı müvafiq olaraq, 529 nəfər və 69 nəfər təşkil edib.

Nazir qeyd edib ki, hazırda dövlət ali təhsil müəssisələrində işləyən elmlər doktorlarının 65 faizinin çoxunun yaşı 61-dən çoxdur. Həmin müəssisələrdə yaşı 30-dan aşağı olan elmlər doktorları yoxdur.