Nazir: "Elmlər doktoru proqramlarında təhsil alanların 8 faizi gənclərdir"


Digərləri 22 Noy 2018 11:52:00 252 0

Nazir: "Elmlər doktoru proqramlarında təhsil alanların 8 faizi gənclərdir"

Hazırda ölkə üzrə elmlər doktoru proqramlarında təhsil alanların 8 faizini (45 nəfər) 30 yaşa qədər olan gənclər, 29 faizini isə (163 nəfər) 40 yaşa qədər olanlar təşkil edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Doktorantların və Gənc Tədqiqatçıların XXII Respublika Konfransında çıxışı zamanı deyib.

Gənclərin elmi fəaliyyətə daha fəal cəlb olunması istiqamətində davamlı addımların atılmasının zəruriliyini vurğulayan C.Bayramov dövlət dəstəyi sayəsində elmlə məşğul olan gənclərin sayının artırılmasının mümkün olacağına əminliyini ifadə edib.