ABŞın Corc Vaşinqton Universiteti BANM ilə birgə layihə meneceri hazırlayır


Digərləri 22 Noy 2018 11:54:00 223 0

ABŞın Corc Vaşinqton Universiteti BANM ilə birgə layihə meneceri hazırlayır

Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın "TwentyEighty Strategy Execution" (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbi (SPM) mütəxəssis hazırlığını uğurla davam etdirir. 

Bu barədə Son.az-a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Ali Məktəblə birgə əməkdaşlıq çərçivəsində bu layihənin Bakıda artıq 100-dən çox məzunu var.

Layihə İdarəetmə Məktəbinin məqsədi layihə menecmenti üzrə təhsil almaq istəyən, lakin xaricdə təhsil almağa zamanı və imkanı olmayanların elə Bakıda bu sahə üzrə dərin biliklərə yiyələnməklərinə şərait yaratmaqdır. Proqramı uğurla başa vuran iştirakçılar sonda Corc Vaşinqton Universitetinin magistr sertifikatını əldə edirlər. Bundan başqa proqram üzrə tədris edilən hər bir modul (təlim) üzrə də Corc Vaşinqton Universitetinin sertifikatları təqdim edilir.