Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən spirtli içkilər aşkarlandı VİDEO FOTO


Digərləri 22 Noy 2018 11:58:00 224 0

Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən spirtli içkilər aşkarlandı  VİDEO  FOTO

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito 109 CDI" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanına bəyan olunmayan 20 ədəd 0,5 litrlik "Talka", 1 ədəd 0,7 litrlik "Хоrtitsa", 2 ədəd 0,7 litrlik "Beluga Translatlantic" markalı araqlar, 1 ədəd 0,7 litrlik "Chivas Regal" və 1 ədəd 0,75 litrlik "Glenfiddich" markalı viskilər, həmçinin vətəndaşın göy rəngli idman çantasından isə 1 ədəd "İphone X Space Gray", 2 ədəd "Alcatel 1066d", 1 ədəd "Jinga F200N", 1 ədəd "Micromax X2401" və 1 ədəd "Vertex" markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar