Bakıda avtobusda seksual manyak peyda olub Qadınların yanında cinsi orqanını çıxarıb... FOTO


Digərləri 22 Noy 2018 10:51:03 259 0

Bakıda avtobusda seksual manyak peyda olub  Qadınların yanında cinsi orqanını çıxarıb...  FOTO

Bakıda sərnişin avtobusunda seksual manyak peyda olub.

Son.az xəbər verir ki, unikal.org-a müraciət edən Xatirə xanım (adı şərtidir) dünən Bakıda avtobusda başına gələnləri danışıb.

O iddia edib ki, paytaxtın "Neftçilər" metro stansiyası yaxınlığından Bakıxanov qəsəbəsinə getmək üçün 76 saylı marşurt xətti ilə hərəkət edən avtobusa minib. Bir qədər sonra 45-50 yaşlarında bir əks cinsin nümayəndəsi əyləşib. Hadisə isə bundan sonra baş verib.

Belə ki, həmin şəxs qadının yanında şalvarının qabağını açaraq cinsi orqanını çıxarıb və nalayiq hərəkətlər etməyə başlayıb. Bunu görən xanım hadisəni çəkdikdən sonra yerini dəyişib. Daha sonra isə həmin seksual manyak başqa iki qadının yanında da eyni əməlini davam etdirib.

Qadın hüquq-mühafizə orqanlarından seksual manyakın tutub, həbs olunmasını istəyir.


Xəbərə aid fotolar