Baş nazir: "İraq Kərkükdən Ceyhan limanına neft ixracını artıracaq"


Dünya 22 Noy 2018 10:55:00 274 0

Baş nazir: "İraq Kərkükdən Ceyhan limanına neft ixracını artıracaq"

İraq hökuməti ölkənin şimalında yerləşən Kərkük bölgəsindəki neft yataqlarından hasil olunan "qara qızıl"ın Türkiyənin cənubundakı Ceyhan limanına nəqlini artırmaq niyyətindədir.

Son.az report-a istinadən xəbər verir ki, bunu İraqın Baş naziri Adil Əbdülmehdi bildirib.

"Kərkük nefti İraqın şimalında Kürd Regional Administrasiyasının ərazisindən keçərək ixrac edilməyə başlayıb. Hazırda Kərkükdə gündə 60 min barell neft hasil olunur. Onun həcmini 100 min barrelədək artırmağı planlaşdırırıq", - deyə naş nazir vurğulayıb.