Bakıda yük maşını qəza törətdi


Digərləri 22 Noy 2018 10:18:00 201 0

Bakıda yük maşını qəza törətdi

Bakıda ağırtonnajlı maşın qəza törədib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 08:40 radələrində metronun "20 Yanvar" stansiyasının yaxınlığında baş verib.

Moskva prospektindən üzü şəhər istiqamətinə hərəkət edən yük avtomobili 20 Yanvar körpüsündəki beton maneəyə dəyib. Təkərləri partlayan maşının yük yerində olan qum yola dağılıb.

Hadisə nəticəsində sözügedən prospektdən üzü şəhər istiqamətinə olan yolda avtomobillər arasında sıxlıq yaranıb. Şahidlərin bildirdiyinə görə, qəza yerinə yol polisi də cəlb olunub.