Güclü yağış İrana 7,5 milyon dollar ziyan vurdu


Digərləri 22 Noy 2018 09:31:00 266 0

Güclü yağış İrana 7,5 milyon dollar ziyan vurdu

Son bir neçə gün ərzində yağan güclü yağışlar və sel İranın Kohgiluyə və Boyer-Əhməd vilayətinin kənd təsərrüfatına 314 milyard rial (təxminən 7,47 milyon dollar) ziyan vurub.

Son.az Trend-ə istinadən xəbər verir ki, vilayətin kənd təsərrüfatı idarəsinin direktoru İlyas Tacəddini deyib ki, 830 hektar əkin sahəsinə, su quyularına, kanallara, suvarma sistemlərinə, yollara ciddi ziyan dəyib.